Bu təzyiq dərmanı yaşlanmanı GECİKDİRİR
04 fevral 2023 14:51 (UTC +04:00)

Bu təzyiq dərmanı yaşlanmanı GECİKDİRİR

İngilis həkimləri yeni kəşfə imza atıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onlar təzyiq dərmanı kimi istifadə olunan dərmanın qocalmanın qarşısını aldığını öyrəniblər.

Belə ki, həkimlərin apardığı araşdırmalara əsasən, “Rilmenidine” adlı dərman heyvanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, həmin dərman yaşlanmanı gecikdirmə xüsusiyyətinə də malikdir. 

Həkimlər deyiblər ki, bu dərmanın daha hansı özəlliklərə sahib olduğu barədə üzərində araşdırmalar gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Nigar Namiq

Oxşar yazılar