Bu şəxslərin ölüm riski  70 faiz daha yüksəkdir
12 fevral 2026 05:51 (UTC +04:00)

Bu şəxslərin ölüm riski 70 faiz daha yüksəkdir

0

London Universitet Kollecinin alimləri piylənmədən əziyyət çəkən insanların infeksiyalar səbəbindən xəstəxanaya yerləşmə və ya ölüm riskinin 70% daha yüksək olduğunu aşkar ediblər.

Lent.az xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalı məlumat yayıb.

Araşdırmada 540 mindən çox insanın məlumatları 13-14 il ərzində izlənilib. Alimlər bildiriblər ki, bədən kütlə indeksi 30 və daha yüksək olan şəxslərdə ağır infeksiya riski sağlamçəkili insanlarla müqayisədə 70% çoxdur.

Həmin göstərici 40-dan yuxarı olanlarda isə bu risk üç dəfə yüksəkdir. Eyni zamanda, çəki itkisi infeksiya riskini 20% azaldır.

Professor Mika Kivimaki piylənmənin bədənin infeksiyalara qarşı müdafiəsini zəiflətdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar