Bu qidalar trombun qarşısını ALIR
04 yanvar 2023 09:09 (UTC +04:00)

Bu qidalar trombun qarşısını ALIR

İnsanların yaşı artıqca damarlarda tromb yaranma riski daha da artır. Bəzi həyat vərdişləri bu prosesi gecikdirir. Amma bir neçə qida əlavəsi, vitamin, minerallar da qan laxtalanmasının qarşısını ala bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, terapevt İrina Andreyeva tromb yaranmasının qarşısını alan effektiv üsulları açıqlayıb.

Onun sözlərinə görə, damarlarda tromb yaranmasının qarşısını B12 vitamini ala bilər:

“B12 vitamini ümumi və beyin qan dövranını yaxşılaşdırır, təzyiqi salır, qırmızı qan hüceyrələrini artırır, eritrositləri çoxaldır.

Elmi işlər göstərib ki, B12 əskikliyi olan xəstələrin qanında homosistein çox olur və tromboz yaranır. Koemzim Q10 – bu əlavə tromb markerini qanda azaldır, damarların keçiriciliyini artırır, ürək-damar tutulmaları riskini azaldır. Bu əlavələr xüsusilə diabet və təzyiq xəstələrinə vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Fidan İlqar

Oxşar yazılar