Bu ölkədə COVİD tüğyan edir: Gündə  9 min nəfər ölür
04 yanvar 2023 16:26 (UTC +04:00)

Bu ölkədə COVİD tüğyan edir: Gündə 9 min nəfər ölür

“Bloomberg” hadisə şahidlərinin, dəfn mütəxəssislərinin və ekspertlərin hesabatlarına əsaslanaraq yazır ki, Çində koronavirusa yoluxma hallarının sayının kəskin artması ölkə daxilində krematoriyaların (krematoriya meyitlərin yüksək temperaturda yandırıldığı yerdir-red.) həddən artıq dolmasına səbəb olub.

Lent.az “Bloomberg”ə istinadla bildirir ki, rəsmi məlumatlara görə, son vaxtlar Çində təxminən 12 nəfər koronavirusdan ölüb. Agentlik bildirir ki, ölən xəstələrin faktiki sayı məlum deyil.

Eyni zamanda, Britaniyanın proqnozlaşdırıcı tibbi analitika üzrə ixtisaslaşan “Airfinity” tədqiqat şirkəti Çində COVID-dən hazırkı ölüm nisbətini gündə 9 min nəfər olduğunu iddia edir, lakin yanvar ayı ərzində bu rəqəmin gündə 25 min nəfərə yüksələ biləcəyi istisna deyil.  

Pekin və Şanxaydakı dəfn bürolarının əməkdaşları agentliyə krematoriyaların hər gecə işlədiyini və ölülərin yandırılması üçün ən yaxın pulsuz yerin yalnız yanvarın ortalarında əldə edilə biləcəyini söyləyib. Şanxay krematoriyasının əməkdaşlarından biri vurğulayıb ki, “indi bütün sistem iflic olub” və “heç kim bunun öhdəsindən gələ bilməz”.

Lunhuadakı (Şençjen bölgəsi) krematoriyalardan birinə gündə 500-dən çox cəsədin gətirildiyi bildirilir. Dekabrın sonunda krematoriya müraciət etməyə və telefon zəngini gözləməyə imkan verən onlayn sifariş sistemini təqdim edib. Krematoriyanın əməkdaşlarından biri bildirib ki, hazırda heyət insanlara kremasiya tarixini deyə bilmir. "Əvvəlcə növbəyə yazılmalısan”, - həmin şəxs deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar