Həkim ac halda hansı içkiləri içməmək lazım olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, çox vaxt səhərlər mədəmizə pis təsir edə biləcəyini bilmədən içki içirik. Əlavə mənfi təsirlərin qarşısını almaq üçün onları orta dərəcədə istehlak etmək tövsiyə olunur.
Qidalanma mütəxəssisi Krutika Nanavati qastrit kimi tanınan mədə iltihabının sıxıcı və potensial təhlükəli bir vəziyyət olduğunu vurğulayıb. Bunun səbəbi müəyyən qidaların istehlakı ola bilər.
Onun sözlərinə görə, mədə problemləri qıcıqlanma, bakterial infeksiyalar və ya turşulu qida və ya içkilərlə birbaşa təmas nəticəsində mədənin selikli qişasının iltihabı zamanı yaranır. Bu simptomlara qarın ağrısı, ürəkbulanma, qusma, iştahsızlıq və ya şişkinlik daxildir. Uzun müddətdə qastrit xoralara və daxili qanaxmaya səbəb ola bilər.
Mədə problemlərinin yaranmasına səbəb olan amillərdən biri də səhərlər içki içməkdir. Diyetoloq qəhvə və şirənin mədəyə mənfi təsir etdiyini izah edir.
“Qəhvə, çay və enerji içkiləri kimi yüksək kofeinli içkilərin mədə iltihabına səbəb olduğu məlumdur”, - deyə Nanavati bildirib.
O, həmçinin əlavə edib ki, bu içkilərin tərkibindəki kofein mədənin selikli qişasını qıcıqlandıra və həzm problemlərinə səbəb olur. Bu içkilər turşuluğu artırır. Bu, qəhvədən tamamilə imtina etməyiniz lazım olduğunu ifadə etmir. Ancaq iltihabla bağlı probleminiz varsa, ehtiyatla məhdudlaşdırılmalıdır. Şirələr və ya qazlı içkilər kimi şəkərli içkilər də mədə iltihabı yaradır.
"Bu içkilərin tərkibindəki şəkər mədədə artan turşu istehsalını stimullaşdıra bilər ki, bu da qıcıqlanma və iltihaba səbəb olur",- deyə diyetoloq deyib.