Qarpız turşusu RESEPTİ
25 sentyabr 2025 14:23 (UTC +04:00)

Qarpız turşusu RESEPTİ

0

Qarpız turşuları həm fərqli, həm də ləziz dadı ilə seçilirlər. Bu, həmçinin bayram süfrəsinə xüsusi bir rəng qatır.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

3 litrlik banka üçün lazım olanlar:

Qarpız, duz - 1 xörək qaşığı, şəkər – 3 xörək qaşığı, sirkə – 50 millilitr.

Hazırlanma qaydası

Qarpızı təmizləyin, qabığını ayırın və dilimlərə kəsin. Sterilizasiya olunmuş bankalara yığın. Üstünə qaynar su əlavə edib qapaqla örtün və 20 dəqiqə saxlayın.

Daha sonra həmin suyu bankalardan boşaldıb qazana tökün və odda qaynadın. Üzərinə duz, şəkər əlavə edin, qarışdırın və sonda sirkəni tökün.

Hazırlanan məhlulu yenidən bankalara doldurun, 2 dəqiqə qaynadın və qapaqları möhkəm bağlayın. Bankaları tərsinə çevirin və tam soyuyana qədər saxlayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar