Bu çaydanlardan istifadə böyrəklərdə daş yaradır  - XƏBƏRDARLIQ
07 yanvar 2023 12:59 (UTC +04:00)

Bu çaydanlardan istifadə böyrəklərdə daş yaradır - XƏBƏRDARLIQ

İçində kirəc yığılmış çaydandan su və ya çay içmək böyrəklərdə daş yarada bilər.

Lenta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu doktor Yelena Solomatina bildirib.

“Çaydanlara toplanmış kirəci təmizləməsəniz, mineral hissəcikləri suya qarışacaq və orqanizmə daxil olacaq. Duz, kalsium və maqnezium ifrazat sisteminə əlavə yük salır və böyrəklərdə toplanır .Əgər böyrəklərinizdə problem varsa, dəfələrlə qaynanmış su yeni problemlər yarada bilər. Çaydanlarınızı müntəzəm olaraq dəyişin və ya tez - tez təmizləyin”,- deyə həkim məsləhət görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar