Beyin üçün təhlükəli olan VƏRDİŞLƏR
29 yanvar 2024 10:07 (UTC +04:00)

Beyin üçün təhlükəli olan VƏRDİŞLƏR

Bəzi gündəlik vərdişlərimizin beyinə təsiri olduğu məlumdur. 

Lent.az xəbər verir ki, tanınmış psixiatr Daniel Amen beyin üçün təhlükəli olan həmin bu vərdişləri açıqlayıb. 

Onun sözlərinə görə, beynin əsas düşmənlərindən biri şəkərdir. Belə ki, şirniyyatların həddindən artıq istehlakı bu orqana zərər verə bilər. Çünki şəkər iltihabi proseslərə səbəb olur və qan damarlarının məhvinə gətirib çıxarır.

Həkim bildirib ki, beyin üçün təhlükəli olan vərdişlərdən biri də daimi kofein qəbuludur. Bu maddə həm qəhvə də, həm də çayda olur. Kofein beyinə qan axınını daraldır. Buna görə psixiatr insanları normanı aşmamağa çağırıb. 

Sonda həkim qeyd edib ki, siqaret çəkmək də orqana ziyan vuran vərdişlərdəndir. Bu, beynin kiçilməsinə səbəb olur və vaxtınızı televizor qarşısında keçirən zaman beyin həcmini azaldır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5187
avatar

Sevinc Fərid

Oxşar yazılar