Ballı çay xərçəng  yaradır? - CAVAB
15 may 2026 09:23 (UTC +04:00)

Ballı çay xərçəng yaradır? - CAVAB

0

Elm sübut edir ki, ballı çayın onkoloji xəstəliklərə səbəb olması ilə bağlı qorxular cəmiyyətdə əsassız şəkildə şişirdilib.

Uzun illərdir belə bir fikir yayılıb ki, təbii bal isti su ilə təmasda olduqda təhlükəli kanserogenə çevrilir və insan orqanizmi üçün zəhərə dönür. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istilik emalı balın bütün faydalı xüsusiyyətlərini məhv edir, onu “ölü” və hətta toksik maddələr səbəbindən zərərli məhsula çevirir.

Oksimetilfurfurol: real təhlükə, yoxsa şişirdilmiş qorxu?

Narahatlığın əsas səbəbi şəkərlərin qızdırılması zamanı yaranan Oksimetilfurfurol (OMF) maddəsidir.

Hesab olunur ki, bu birləşmə son dərəcə toksikdir. Qızdırılmış balın zərərli olması ilə bağlı mifin kökləri isə qədim ayurveda təlimlərinə gedib çıxır.

Lakin müasir elmi məlumatlar bu qəti fikirlərin yenidən nəzərdən keçirilməli olduğunu göstərir.

Tədqiqatçılar balda OMF maddəsinin olduğunu təsdiqləyirlər, amma bildirirlər ki, bu maddə məhsulda təbii şəkildə, hətta, ümumiyyətlə, qızdırılmadıqda belə saxlanma prosesi zamanı toplanır.

Yəni bal nə qədər köhnədirsə, tərkibində OMF bir o qədər çox olur.

Balın faydasını necə qorumaq olar?

Bal isti çayda zəhərə çevrilməsə də, yüksək temperatur onun bioloji dəyərinə həqiqətən təsir edir.

Mütəxəssislər faydalı fermentləri və vitaminləri qorumaq üçün balı temperaturu təxminən 40 dərəcəyə düşmüş içkiyə əlavə etməyi məsləhət görürlər.

Əgər bal qaynar suya qatılarsa, o sadəcə adi şirin şərbətə çevrilir.

Belə içki şəkərli çaydan daha zərərli olmur, amma insanların xüsusilə soyuqdəymə zamanı gözlədiyi müalicəvi təsiri də göstərmir.

Beləliklə, qaynar suda bal təhlükəli deyil, sadəcə özünəməxsus faydalı xüsusiyyətlərinin bir hissəsini itirmiş şirinləşdirici rolunu oynayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar