Rusiyanın Ufa şəhərində təcili yardım xəstəxanasında 4 yaşlı oğlanı əməliyyat olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, cərrahlar azyaşlının mədəsindən altı maqnit top çıxarıblar. Bu barədə Başqırdıstanın səhiyyə naziri Ayrat Raxmatullin öz Telegram kanalında bildirib.
Məlumata görə, valideynlər oyuncaqdan bir neçə maqnit topu udmasından şübhələndikləri uşaqlarını xəstəxanaya gətiriblər. Müayinə zamanı uşağın mədəsində 6 yad cisim aşkar edilib.
Endoskopun köməyi ilə maqnitlər çıxarılıb, həkimlər uşağın vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.