Azərbaycanda uşaqlar arasında yeni VİRUS  - VALİDEYNLƏRİN DİQQƏTİNƏ
20 sentyabr 2021 14:39 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında yeni VİRUS - VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. Əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir.

Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər?

Mövzu ilə bağlı olaraq Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur:

“Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, ishal və qaytarmadır. Uşaqları bundan qorumaq üçün əsas şərt təmizliyə riayət edilməsidir. Uşaqların içdiyi sulardan tutmuş hər şeyin təmiz olmasına nəzarət etmək lazımdır”.

E.Rəhimov əlavə edib ki, rotavirus əleyhinə peyvəndlər körpələrin 2, 4 və ya 3, 5 aylarında vurulmalıdır:

“Sözügedən peyvənd uşaqları rotaviruslardan qoruyur”.

# 6204
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar