Azərbaycanda koronavirusdan  daha 6 nəfər   öldü
23 oktyabr 2023 16:02 (UTC +04:00)

Azərbaycanda koronavirusdan daha 6 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (16.10.2023-22.10.2023) 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, 10 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son həftə ərzində 3415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Oxşar yazılar