Azərbaycanda  daha neçə nəfər   koronavirusdan öldü?
26 aprel 2023 16:32 (UTC +04:00)

Azərbaycanda daha neçə nəfər koronavirusdan öldü?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 762 nəfər müalicə olunaraq sağalıb, 10 223 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 585, hazırkı dövrədək isə 7 585 820 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1508

Oxşar yazılar