Ayda ən azı bir dəfə cinsi əlaqə erkən ölüm riskini azaldır
15 iyul 2023 14:31 (UTC +04:00)

Ayda ən azı bir dəfə cinsi əlaqə erkən ölüm riskini azaldır

Meizhou Ənənəvi Çin Təbabəti Xəstəxanasının alimləri aşkar ediblər ki, ayda ən azı bir dəfə cinsi əlaqə hipertansiyonlu gənclərdə vaxtından əvvəl ölüm riskini azalda bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqatçılar 20-59 yaş arası 4565 amerikalının məlumatlarına baxıblar. Onları altı ildən çox izləyiblər. Bu müddət ərzində xəstələrin 2,39%-i dünyasını dəyişib. Təhlil göstərib ki, ayda bir dəfədən az seks digər risk faktorlarına nəzarət edildikdən sonra daha çox ölüm riski ilə əlaqələndirilir.

Digər araşdırmalar göstərir ki, cinsi həvəsi yüksək olan kişilər daha uzun yaşayırlar. Tədqiqatlar həmçinin müntəzəm orqazmları prostat xərçəngi, 2-ci tip diabet və ürək xəstəliyi riskinin azalması ilə əlaqələndirib.

Alimlər, “Cinsi fəaliyyət fiziki məşq kimi ürək sağlamlığına birbaşa qoruyucu təsir göstərə bilər”, deyiblər.

Onlar həmçinin əlavə ediblər ki, müntəzəm partnyorla cinsi əlaqə stressi azalda bilər, bu da ürək sağlamlığı üçün faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar