30 yaşlı britaniyalı asqırmağa mane olmaq istəyərkən nəfəs borusundan həyati təhlükəsi yaranıb. Bu hadisə “British Medical Journal”da təsvir edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şotlandiyanın Dandi şəhər sakini şiddətli boyun ağrısı şikayəti ilə xəstəxanaya daxil olub. Kişi asqırmasını saxlamağa çalışdığını, əli ilə ağzını və burnunu bağladığını deyib.
Həkimlər asqırma zamanı təzyiqin sürətlə artması səbəbindən nəfəs borusunun zədələndiyindən şübhələndiklərini deyiblər. Onların fərziyyəsinə görə, sinədən gələn hava təzyiq altında boğazda məcburən sıxılıb, burun və ağız sıxıldığı üçün nəfəs borusunda küncüt ölçüsündə dəlik əmələ gəlib.
Həkimlər qeyd ediblər ki, bu cür xəsarətlər adətən qalxanabənzər vəz çıxarıldıqda və ya qırtlağa tənəffüs borusu daxil edildikdən sonra baş verir, ona görə də asqırma halı özünəməxsus olub. Bununla belə, onlar bildirir ki, zədə ciddi və hətta həyati təhlükəsi olan nəticələrə səbəb ola bilər. Zərərləri bərpa etmək üçün xəstə cərrahiyyə əməliyyatına məruz qalıb, iki gün sonra xəstəxanadan buraxılıb.