Kartofun arıqlamaq üçün təhlükəsi ilə mif adlandırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yekaterina Yanq danışıb.
O, kilo itkisi mövzusunda bir sıra ümumi mifləri tənqid edib. Belə ki, həkim pəhriz saxlayanlar üçün axşam altıdan sonra kartofun və yemək yeməyin təhlükəsi ilə bağlı açıqlamanı səhv olduğunu diqqətə çatdırıb. Bildirib ki, qaynadılmış kartofda bağırsaq mikroflorasını dəstəkləyən çoxlu davamlı nişasta var.
Yanq son yeməyi yatmazdan iki saat əvvəl etməyi məsləhət görür. "Gecə aclıq və ya narahatlıq hissi ilə oyanırsınızsa, axşam yeməyinə qarabaşaq yarması kimi kompleks karbohidratları daxil edin" deyə əlavə edib.
Endokrinoloq az yağlı qidaların arıqlamaq üçün faydalarını da inkar edib. Onun sözlərinə görə, yağların miqdarı azaldıqda insanlar karbohidratlara arxalanmağa başlayırlar. "Ona görə də, yağ yeyəndə daha tez tox olacaqsan, daha az yeyə və qəlyanaltıları azalda biləcəksən", - deyə həkim yekunlaşdırıb.