Arıqlamaq istəyənlərə səhər MENYUSU
05 may 2023 11:20 (UTC +04:00)

Arıqlamaq istəyənlərə səhər MENYUSU

Arıqlamaq istəyənlər üçün səhər yeməyində zülallar və həzmi ləngidən lif olmalıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə dietoloq Lisa Yanq bildirib.

Mütəxəssis sağlam səhər yeməyinin əsasını təşkil edən məhsulları sadalayıb. Siyahıda birinci yerdə zülal, amin turşuları və digər qida maddələri ilə zəngin olan toyuq yumurtaları olub. Dietoloq arıqlayanlara səhər yeməyində yumurta tövsiyə edib. Çünki onun kiçik bir hissəsi belə uzun müddət toxluq hissini saxlamağa kömək edəcək.

İkinci seçim yulaf əzməsidir. Taxıllar, həzmi yavaşladan həll olunan lif mənbəyidir. Mütəxəssis bir boşqab yulaf əzməsinə bir ovuc təzə giləmeyvə əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, onların tərkibində çəki idarə etməyə kömək edən lif var.

Bundan əlavə, Yanq xəmirləri tam taxıl çörəyi ilə əvəz etməyi və smuzilərə omeqa-3 yağ turşuları olan kətan toxumu və ya çia toxumu əlavə etməyi təklif edib:

“Kətan toxumunda həm həll olunmayan, həm də həll olunan lif var ki, bu da bağırsaq sağlamlığı üçün çox vacibdir. Kətan toxumunun tərkibindəki həll olunmayan lif qəbizliyi aradan qaldırmağa kömək edir və sağlam bağırsaq hərəkətlərini təşviq edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar