Alimlər yorğunluq yaradan  qeyri-adi səbəbi aşkarladılar
05 sentyabr 2023 18:22 (UTC +04:00)

Alimlər yorğunluq yaradan qeyri-adi səbəbi aşkarladılar

0

Kornel Universitetinin alimləri xroniki yorğunluğa virusların səbəb ola biləcəyini aşkarlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onların elmi işinin nəticələri “PLOS Pathogens” jurnalında dərc edilib.

“Xroniki yorğunluq sindromu patoloji hal olub, uzunmüddətli yorğunluq və digər əlamətlərlə xarakterizə olunur. Bəzən simptomlar o qədər güclü ola bilər ki, insan gündəlik məşğul olduğu işləri etmək qabiliyyətini itirər. Yorğunluq isə hətta dincəldikdən sonra da getmir. Bu hal aylarla, illərlə davam edə bilər. Belə hal adətən virus infeksiyalarından sonra yaranır. Entereviruslar, RNK qrupundan olan viruslar, xüsusən, Epşteyn-Barra virusu və digər Herpes virusları xroniki yorğunluğa səbəb olur”,- deyə alimlər bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3562

Oxşar yazılar