50-dən çox insan  naməlum xəstəlikdən   öldü: Hamı üçün TƏHLÜKƏLİDİR
24 fevral 2025 18:45 (UTC +04:00)

50-dən çox insan naməlum xəstəlikdən öldü: Hamı üçün TƏHLÜKƏLİDİR

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində qeydə alınan mənşəyi məlum olmayan qızdırma xəstəliyindən 50-dən çox adam ölüb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə fevralın 24-də yerli səhiyyə orqanlarının məlumatlarına istinadən məlumat yayılıb.

“Qeydiyyata alınan 943 hadisə, o cümlədən 52 ölüm halı qeydə alınıb ki, bu da ölüm nisbətinin 5,5 faizinə bərabərdir”.

Xəstəliyin ilk hallarının fevralın 9-da qeydə alındığı bildirilir. Xəstəlik hər yaşda olan insanlar üçün təhlükəlidir, əlamətlərə aşağıdakılar daxildir: qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı, oynaq ağrıları.

Eyni zamanda, ölkənin Səhiyyə Nazirliyi mümkün Ebola qızdırması epidemiyası ilə bağlı fərziyyəni rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar