5 milyon insan insultdan  ölə bilər
21 may 2023 09:47 (UTC +04:00)

5 milyon insan insultdan ölə bilər

2030-cu ilə qədər dünyada insultdan hər il ölənlərin sayı 5 milyona çata bilər.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.

Müəlliflər 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Məlumat Mübadiləsi məlumatlarını təhlil ediblər. Dünya əhalisi artdıqca, işemik insultdan ölənlərin qlobal sayı 1990-cı ildəki 2,04 milyondan 2019-cu ildə 3,29 milyona yüksəlib. Bununla belə, insult halları 1990-cı ildə 100.000 nəfərə 66 insultdan 2019-cu ildə 100.000 nəfərə 44 insulta qədər azalıb.
 
Şanxaydakı Tuntzi Universitetindən tədqiqatın müəlliflərindən biri olan Lize Syun deyib: "İnsult nisbətlərindəki bu azalma, ehtimal ki, dünya miqyasında insultun ümumi artımının əsasən əhalinin artımı və qocalması ilə əlaqədar olduğunu göstərir".

Alimlər yeddi əsas risk faktorunu müəyyən ediblər: siqaret çəkmək, yüksək natriumlu pəhriz, yüksək qan təzyiqi, yüksək xolesterin, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və yüksək bədən kütləsi indeksi.

Tədqiqatçılar daha sonra 2020-2030-cu illərdə ölümlərin sayını proqnozlaşdırmaq üçün ekstrapolyasiya ediblər. İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır. Bu qiymətləndirmə həkimlərin və hökumətlərin risk faktorlarının təsirini azaltmaq səylərinə əsaslanır. Əgər bu səylər hesablamalara daxil edilməsə, ölənlərin sayı ildə 6,4 milyona yüksələ bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Oxşar yazılar