Britaniya Tibb Universitetinin 21 yaşlı tələbəsi Reyçel əvvəlcə ağzında əmələ gələn xərçəngi imtahan zamanı stress nəticəsində yarandığı iddia edilən adi yaralarla səhv salıb.
Lent.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
2019-cu ildə qızın ağzında iltihab aşkar edilərək, müalicəyə başlanılıb. Lakin müalicə alsa da heç bir təsiri olmayıb.
Yaralar dilin yarısını örtdükdən sonra yorğunluq, şişkinlik, ağız quruluğu və boğaz ağrıları hiss etməyə başlayıb. 2020-ci ilin noyabrında qız biopsiyadan keçib. Nəticədə tələbə qızda dil xərçəngi aşkar edilib.
Diaqnozdan sonra Rachel 16 saatlıq bir cərrahi müdaxilə ilə eyni anda on əməliyyat keçirməli olub. O, dilinin çox hissəsini itirib - həkimlər limfa düyünləri olan təsirlənmiş orqanın üçdə ikisini çıxardıb, alt çənəni açdılar. Dilin və boyundakı damarların bərpası üçün budun əzələlərindən və qan damarlarından istifadə ediblər.
Reyçelin indi çənəsində, boynunda, mədəsində və ayağında bir neçə çapıq var. Əməliyyatdan sonra yenidən yeriməyi və danışmağı öyrənməli olsa da, qız təhsilini yarımçıq qoymayıb.