2 dəqiqəyə yuxuya necə getmək olar? - Hərbi üsul
27 sentyabr 2022 14:08 (UTC +04:00)

2 dəqiqəyə yuxuya necə getmək olar? - Hərbi üsul

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu yuxuya te getməklə bağlıdır.

İnsanların əksəriyyəti yuxusuzluqdan əziyyət çəkir. 90% insanlarda effekt verən, əsasən hərbçilərin metodu sayılan bu üsulla cəmi 2 dəqiqəyə yuxuya getmək olur.

Bəs, bu hansı metoddur?

Lent.az xəbər verir ki, ABŞ ordusu əsgərləri üçün alimlər tərəfindən hazırlanmış bu metod döyüşdən yorulmuş, tükənmiş amerikan əsgərlərini xilas edirdi.

Bunun üçün sizə hətta yataq və yumşaq yastıq da lazım deyil.

Uzanaraq, ilk öncə üz, dil, çənə, göz ətrafı əzələləri izləyərək boşaldırsız. Tam rahatladırsız. İkinci - çiyinləri bacardıqca boş buraxıb aşağı salırsız.

Sonra qolları yuxarıdan aşağı boşaldırsız. Üçüncü dərindən nəfəs alıb, döş qəfəsini buraxın və ayaqlara doğru çanaqdan başlayaraq əzələləri boşaldın. Bunu 2 dəfə edin. Metod 90% insanlarda effekt verir. Siz dərhal uyuyacaqsız.

Bu metodu məşq edib peşəkar olanda isə ayaqüstə də yuxuya gedəcəksiz. Bir şərtlə ki, yuxudan əvvəl qəhvə, içki içməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8472
avatar

Fidan İlqar

Oxşar yazılar