14 ildir, hamilədir:  Məqsəd 20 uşaq doğmaqdır
07 sentyabr 2022 19:58 (UTC +04:00)

14 ildir, hamilədir: Məqsəd 20 uşaq doğmaqdır

0

Amerikalı qadın hamiləliyin qarşısını alan kontraseptiv vasitələrdən imtina edərək, 20 uşaq doğmağı qarşısına məqsəd qoyub. 

Lent.az "The Sun"a istinadən xəbər verir ki, 40 yaşlı qadın artıq 17-ci uşağına hamilədir.

Qadın inanclı biri olduğunu və Tanrının iradəsinə boyun əydiyini söyləyib.

Ana əri Karlosun şərəfinə bütün uşaqlarının adlarını baş hərfini "K" hərfi ilə qoyub. O, həmçinin, 14 ildir ard-arda hamiləlik yaşayır və bundan məmnundur.

O bildirib ki, ərinin işlədiyi təmizlik şirkətinin hesabına dolanırlar və uşaqların sayına görə müavinət almırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5624

Oxşar yazılar