Koronavirusdan bir sutkada 6 mindən çox adam öldü – Yeni  ANTİREKORD
10 iyun 2021 19:16 (UTC +04:00)

Koronavirusdan bir sutkada 6 mindən çox adam öldü – Yeni ANTİREKORD

Hindistanda ötən sutkada koronavirusa yoluxan 6148 nəfər ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu yeni antirekorddur. 

Bundan əvvəlki antirekord mayın 19-da qeydə alınıb. O vaxt bir sutkada 4529 nəfər ölmüşdü. 

Hindistanda koronavirusdan indiyədək ölənlərin sayı isə 359 676 nəfərə çatıb. 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyədək 29,2 milyon nəfər koronavirusa yoluxub.

Son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 174 milyon nəfərə çatıb. COVID-19-dan indiyədək 3,76 milyon nəfər ölüb.

# 2844
avatar

Oxşar yazılar