Bu xəstəliyi olanlara  XƏBƏRDARLIQ:   Havanın kəskin dəyişməsi...
05 may 2021 14:11 (UTC +04:00)

Bu xəstəliyi olanlara XƏBƏRDARLIQ: Havanın kəskin dəyişməsi...

“Kəskin temperatur fərqi kəskin ağrılar yaradır”.

Bu fikirləri Lent.az-a açıqlamasında həkim, terapevt Şücaət Həşimov bildirib: 

Həkim, terapevt Şücaət Həşimov

“Havanın temperaturunun kəskin dəyişməsi sözsüz ki, atmosfer təzyiqinin və rütbubətin dəyişməsinə səbəb olur. Buna görə də bir qrup insanın səhhətində  narahatlıq yaranır”. 

Şücaət Həşimov qeyd edir ki, havanın birdən dəyişməsi hipertoniya, ürək-damar sistemi xəstəliyi və tənəffüs sistemi ilə bağlı xəstəliyi olan şəxslərin səhhətində nisbətən pisləşməyə və ya ciddi fəsadlara səbəb ola bilər:

“Ona görə də belə havalarda meteohəssas insanların adətən qapalı yerdə qalmaları məsləhət görülür”. 
 

# 3537
avatar

Nigar Adil

Oxşar yazılar