Bəzən toyuq yan məhsulları sağlamlığınıza mənfi təsir göstərə bilər, ona görə də onlarla diqqətli olmaq zəruridir. Ən çox parazit və zərərli bakteriyalar quşların ağciyərlərində olur.
Lent.az Life-a istinadən xəbər verir ki, bu barədə rus cərrah və müəllim Aleksandr Umnov məlumat verib.
"Toyuq ağciyərləri və başlarında çoxlu miqdarda parazit və zərərli bakteriya var ki, onlar bişirmə zamanı məhv olmayacaq. Eyni səbəbdən quyruğu yeməmək də yaxşıdır. Toyuq qaraciyərini yemək olar, amma mümkün qədər təzə və az miqdarda” doktor izah edub.