Sumqayıtda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin "Yaşıl dərə" yaşayış sahəsində qeydə alınıb.
Meyiti tapılan şəxsin 1961-ci il təvəllüdlü Ataş Səfi oğlu İbişov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.