Kaliforniya Universitetinin alimləri piylənmə səbəbiylə kişilərdə spermanın keyfiyyətinin pisləşməsinin mexanizmini aşkar ediblər.
Lent.az xəbər verir ki, “Journal of Neuroscience”-də dərc edilən araşdırmaya görə, artıq çəki beyində xroniki dəyişikliklərə səbəb olur ki, bu da öz növbəsində testosteron səviyyəsini və sperma sayını azaldır.
Təcrübələrdə yüksək yağlı qida ilə qidalanan siçanlardan istifadə edilib. Məlum olub ki, piy toxumasının kütləsinin artması hipofiz vəzinə və ya xayalara deyil, ilk növbədə hipotalamusa təsir edib. Bu, reproduktiv funksiyaları tənzimləyən neyronların normal fəaliyyətini pozub.
Piylənmə neyronlar arasındakı əlaqənin azalmasına və beyni yeməkdən imtina etməsini xəbərdar edən reseptorların sayının azalmasına səbəb olub. Çəkiləri çox olan siçanların qanında testosteron səviyyəsi də aşağı olub, sperma sayı da azalıb.