Arıqlamaq üçün  çörək   yemək lazımdır -  AÇIQLAMA
15 may 2022 23:23 (UTC +04:00)

Arıqlamaq üçün çörək yemək lazımdır - AÇIQLAMA

Pəhriz qidası adı altında satılan bəzi qidalar əslində arıqlamağa mane ola bilər. 

Lent.az xəbər verir ki, bunu “Gazeta.Ru”-ya açıqlamasında tibb elmləri namizədi, neyroendokrinoloq, Yuri Poteşkin deyib.

Həkimin sözlərinə görə, bu, xüsusilə sağlam qida kimi təqdim edilən bütün meyvə şirələrinə aiddir. 

“Fruktoza bədən tərəfindən çox tez emal olunur: hüceyrələrdə asanlıqla qlükozaya çevrilir, qlükoza qana qayıdır və sonra qaraciyərdə kifayət qədər qlikogen varsa, bütün ehtiyyata paylanır, yağ kütləsini artırır. ÜST bütün qidalanma tövsiyələrində yazır ki, şirə istəyirsinizsə, bütöv bir meyvə seçmək daha yaxşıdır, çünki tərkibində pəhriz lifi var”,- deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzən şəkərin sağlam alternativi sayılan bal da bədən çəkisinə oxşar təsir göstərir.

“Balda həqiqətən faydalı xüsusiyyətlər var, lakin bal demək olar ki, tamamilə şəkərdən ibarətdir, ona görə də arıqlamaq istəyənlər onu yeməməlidir", - deyə endokrinoloq izah edib.

Eyni zamanda, həkim çörək, taxıl və makaron məhsullarını ciddi şəkildə məhdudlaşdırmağı məsləhət görmür.

“Çox vaxt arıqlamaq üçün insanlar yüksək keyfiyyətli çörəkdə, dənli bitkilər, bərk buğdadan hazırlanmış makaronda olan uzunmüddətli karbohidratlardan tamamilə imtina edirlər. Bu, əks effect verir. Karbohidrat çatışmazlığı vəziyyətində beyin onları ən sadə və sürətli yolla - şirniyyatla əvəz etmək istəyir. Nəticədə, nasazlıqlar baş verir”,- deyə həkim əlavə edib.

# 2640
avatar

Oxşar yazılar