Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Eldar İbrahimov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, martın 12-də Eldar İbrahimovun 80 yaşı tamam olur.