Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Afaq Məsuda Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.