Prezident : Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq
13 fevral 2023 11:50 (UTC +04:00)

Prezident: Yeni elektrik stansiyası Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq

İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlət başçısı deyib: “Yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin”.

Prezident İlham Əliyev vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2555

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41