Prezident Münxendə İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşüb
18 fevral 2023 14:46 (UTC +04:00)

Prezident Münxendə İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşüb

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

Lent.az xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı.

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən diqqətə çatdırdı ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini dedi.
Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd etdi.

Dövlətimizin başçısı öz növbəsində bildirdi ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2486

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41