İlham Əliyev, Azərbaycan Prezidenti, Vladimir Putin, Rusiya prezidenti
11 iyun 2021 15:51 (UTC +04:00)

İlham Əliyev, Azərbaycan Prezidenti, Vladimir Putin, Rusiya prezidenti

İlham Əliyev Rusiya prezidentini təbrik etdi

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

Lent.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara əmin-amanlıq və firavanlıq arzu edirəm".

# 1770
avatar

Oxşar yazılar

İrandakı səfirliyimizə qarşı terror aktının qarşısını alanlar təltif edildi

İrandakı səfirliyimizə qarşı terror aktının qarşısını alanlar təltif edildi

3 fevral 2023 , 15:30
İlham Əliyev : Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir

İlham Əliyev: Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir

3 fevral 2023 , 10:41
Prezident İlham Əliyev

İlham Əliyev gəncləri təbrik etdi

2 fevral 2023 , 15:37
Gənclərə Prezident mükafatları verildi -  SİYAHI

Gənclərə Prezident mükafatları verildi - SİYAHI

1 fevral 2023 , 17:48
Naxçıvanın prokuroru işdən çıxarıldı

Naxçıvanın prokuroru işdən çıxarıldı

31 yanvar 2023 , 17:36
Azərbaycan Prezidenti Macarıstana gedib

Azərbaycan Prezidenti Macarıstana gedib

29 yanvar 2023 , 16:25
Prezidentdən Əli Əhmədovla bağlı  SƏRƏNCAM

Prezidentdən Əli Əhmədovla bağlı SƏRƏNCAM

26 yanvar 2023 , 13:55
Prezidentdən  ŞAD XƏBƏR:   Tezliklə Bakıda  azad ticarət zonası   açılacaq

Prezidentdən ŞAD XƏBƏR: Tezliklə Bakıda azad ticarət zonası açılacaq

19 yanvar 2023 , 19:39