İlham Əliyev Paşinyanla görüşdü -VİDEO  -YENİLƏNİB
24 oktyabr 2024 17:05 (UTC +04:00)

İlham Əliyev Paşinyanla görüşdü -VİDEO -YENİLƏNİB

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Lent.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

 

***

16:12

Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Kazana ezam olunmuş əməkdaşı xəbər verir.

***

14:58

Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Kazana ezam olunmuş əməkdaşı xəbər verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar