İlham Əliyev:  Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm
06 iyul 2024 09:24 (UTC +04:00)

İlham Əliyev: Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev paylaşım edib.

"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm!
Yaşasın Türk dünyası!"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3885
avatar

Oxşar yazılar