Ərdoğan İlham Əliyevi təbrik etdi
27 may 2023 16:01 (UTC +04:00)

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Lent.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, əziz Qardaşım!

Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük.

Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.

Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.

"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3151

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51