Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı, yeniləri təyin olundu
18 oktyabr 2022 14:05 (UTC +04:00)

Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı, yeniləri təyin olundu

Dövlət başçısının daha bir sərəncamı ilə Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

***

Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında,
Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bu vəzifə isə Nazim Adil oğlu Səmədova verilib.

Həmçinin sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov İtaliyaya yeni səfir təyin edilib.

Daha bir sərəncamla Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin digər Sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Şövqi Kamal oğlu Mehdizadə Vyetnama yeni səfir təyin edilib.

Həmçinin digər sərəncamla Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu vəzifəyə Anar Laçın oğlu İmanov təyin olunub.

# 4212
avatar

Oxşar yazılar