Azərbaycan Prezidenti Bərzani ilə görüşüb
18 iyul 2023 13:45 (UTC +04:00)

Azərbaycan Prezidenti Bərzani ilə görüşüb

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

Lent.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.

Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşdə dövlət başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.

Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3685

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51