Xiyar kalium, fosfor, kalsium, vitaminlər və insan orqanizmi üçün vacib olan digər komponentlərin mənbəyidir. Xiyarın orta səviyyədə istehlakı immunitetə, həzmə və ürək-damar sisteminə müsbət təsir göstərir. Təbii ki, burada orta sözünə diqqət yetirməliyik.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bir şəxs çox miqdarda tərəvəz yeməyə başlasa, bu, yaxşı bir şeyə səbəb olmayacaq.
Mədə-bağırsaq traktının və ifrazat sisteminin orqanları ilə əlaqəli problemlər yarana bilər.
Belə nəticələrin qarşısını almaq üçün xiyar istehlakı normasını aşmamağa çalışın.
Hər gün neçə xiyar yeyə bilərsiniz?
Gündə iki və ya üç orta xiyar kifayətdir ki, orqanizm tərəvəzdə olan bu birləşmələri və mikroelementləri kifayət miqdarda qəbul etsin.
Gündə üçdən çox xiyar yemək olmaz.
Bundan əlavə, axşam saatlarında bu tərəvəzi yeməməyə çalışın: mədə-bağırsaq traktında yükün ciddi şəkildə artması və ödəm əmələ gəlməsi riski var.