Bakıda yatan taksi sürücüsü qarət olundu
29 yanvar 2026 16:44 (UTC +04:00)

Bakıda yatan taksi sürücüsü qarət olundu

0

Bakının Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar