Çin futbolu ilə bağlı 2015-ci ildən 2021-ci ilə qədər davam edən genişmiqyaslı antikorrupsiya istintaqı başa çatıb.
Çin hakimiyyəti, o cümlədən Çin Futbol Assosiasiyasının (CFA) keçmiş sədri Çen Syuyuan və milli komandanın keçmiş baş məşqçisi Li Te də daxil olmaqla, 73 şəxsi futboldan ömürlük məhrum edib.
Lent.az-ın xarici mediaya istinadla məluamtına görə, Çen Syuyuan rüşvətxorluğa görə ömürlük, Li Te isə oxşar cinayətə görə 20 il həbs cəzası alıb.
Bundan əlavə, 13 klub xal silinməsi ilə cəzalandırılıb. Rusiyalı məşqçi Leonid Slutskinin çalışdırdığı “Şanxay Şenhua” ən ağır cəzaya məruz qalıb: klub 10 xal itirib və bir milyon yuan (140 min dollardan çox) cərimə olunub.
2022-ci ilin noyabr ayından bəri Çin futbolda korrupsiyaya qarşı mübarizə kampaniyası aparır. Bu, müddəti, həbslərin sayı və aşkarlanan qanun pozuntularının miqyası baxımından ölkə tarixində ən böyük korrupsiyaya qarşı mübarizə kampaniyasına çevrilib.
Ötən mövsüm Leonid Slutskinin məşqçisi olduğu “Şanxay Şenhua” Çin Premyer Liqasında “Şanxay Port”undan iki xal geri qalaraq gümüş medal qazanıb.
Çin Super Liqasının yeni mövsümü martın 6-da başlayacaq.