Bir çoxları düşünür ki, hər hansı bir pəhrizi sınaqdan keçirmədən onun effektivliyinə əmin olmaq olmaz.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislərin bu mövzuda fərqli mövqeyi var. Onlar bütün pəhrizləri təhlükəsiz hesab etmirlər.
Pəhriz seçərkən necə səhv etməmək olar?
Necə düzgün arıqlamaq olar
Mütəxəssislər artıq çəki ilə mübarizəyə yalnız şəxsi təşəbbüslə başlamağı ümumiyyətlə məsləhət görmür. O bildirir ki, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Həkim xəstənin ümumi sağlamlıq vəziyyətini nəzərə alaraq ən uyğun arıqlama üsulunu seçməlidir.
Təhlükəsiz olmayan pəhrizlər
Artıq çəki ilə mübarizə metodlarını təklif edənlər tez-tez möhtəşəm nəticələr vəd edirlər. Bəzən bir ay ərzində onlarla kiloqram arıqlamağı mümkün göstərirlər. Lakin həkim xatırladır ki, təhlükəsiz arıqlama ayda 1-3 kiloqram çəki itkisi ilə xarakterizə olunur. Sürətli çəki itkisi sağlamlıq üçün təhlükəlidir və uzunmüddətli nəticənin qorunmasına zəmanət vermir.
Təhlükəli pəhrizin əlaməti
Həftədə 5 kiloqramdan artıq çəki itkisi vəd edən mono-pəhrizlər və oxşar proqramlar dərhal istisna edilməlidir. Belə pəhrizlər orqanizmi normal fəaliyyəti üçün vacib olan zülallar, yağlar və karbohidratlarla təmin edə bilmir.