Türk sənət musiqisinin tanınmış ifaçısı Bülent Ersoyun illər ərzində topladığı sərvət və sahib olduğu əmlaklar yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçinin bir müddət əvvəl verdiyi “Pul çoxdur, xərcləyəcək yer axtarıram” açıqlaması sosial mediada yenidən müzakirə olunub. O, mal varlığı ilə bağlı detallı məlumatlar da yayılıb.
Məlumata görə, Bülent Ersoyun İstanbul şəhərində 28 mənzili var. Bundan əlavə, o, Türkiyənin müxtəlif şəhərlərində yerləşən 4 ultra lüks villanın da sahibidir.

Sənətçinin investisiyaları yalnız yaşayış obyektləri ilə məhdudlaşmır. Marmarisdə dəniz kənarında şəxsi adasının olduğu, Fəthiyədə yanacaqdoldurma məntəqəsinə sahib olduğu bildirilir. İstanbulun Fənərbaxça bölgəsində isə ona məxsus xüsusi sauna biznesinin fəaliyyət göstərdiyi qeyd olunur.
Eyni zamanda Bodrum, Antalya və İzmirdə yay evlərinin olduğu deyilən sənətçinin nağd pul və zinət əşyalarının ümumi dəyərinin 60 milyon ABŞ dollarından çox olduğu iddia edilir.

Ortaya çıxan bu məlumatlar Bülent Ersoyun uzun illərə söykənən sənət karyerası nəticəsində böyük bir sərvət topladığını göstərir.