Evdə toyuq  kolbasasının   hazırlanması – Dadlı və ucuz
13 mart 2024 19:17 (UTC +04:00)

Evdə toyuq kolbasasının hazırlanması – Dadlı və ucuz

Evdə kolbasa hazırlamaq o qədər də çətin deyil. Bir çoxumuz mağazadan hazır kolbasa almağın daha asan olduğuna inanırıq. Ancaq bu belə deyil. Evdə daha sağlam və dadlı kolbasa hazırlamaq mümkündür. 

Lent.az evdə toyuq kolbasasının hazırlanması qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Toyuq - 1 kiloqram;

Bulyon - 100-150 ml;

Bir baş kiçik sarımsaq;

İstəyə görə, duz, bibər;

Bir çimdik muskat;

Toz halında olan paprika. 

Bundan əlavə, quzu və ya donuz ətinə də ehtiyac var. Əvvəlcə sümükləri ayırıb toyuq ətini bişirmək lazımdır. Çox az suya ehtiyacınız var - təxminən 0,5 litr.

Sonra toyuq filesi doğranmalıdır. Yaranan qiyməyə ətə duz, ədviyyat əlavə edin və hərtərəfli qarışdırın. Soyudulmuş bulyonu ətə tökün, yenidən qarışdırın və qiyməni bir neçə saat soyuducuya qoyun ki, soyusun.

Qiymə halında olan ət soyuducuya qoyulduqdan sonra onu normal qaba tökün. Sonda kolbasanı sobada 180 dərəcədə bir saat ərzində bişirmək lazımdır.
 

# 6921
avatar

Sevinc Fərid

Oxşar yazılar