Limonlu keksin hazırlanma qaydası
28 dekabr 2020 12:18 (UTC +04:00)

Limonlu keksin hazırlanma qaydası

Dadı qədər ətri də sizi valeh edəcək “Limonlu keks”

Standart kekslərdən biraz kənara çıxaraq sizə limon ətirlisinin reseptini hazırladıq. Dadı qədər ətri də sizi valeh edəcək. Çay süfrələrinizin əvəzolunmaz şirniyyatına çevriləcəyinə əminik. Elə isə diqqətiniz bizdə olsun. Lent.az həmin keksin reseptini təqdim edir.

Tərkibi üçün bizə lazım olan ərzaqlar:

2 stəkan un

4 ədəd yumurta

1/2 stəkan duru yağ

1 stəkan şəkər tozu

1 stəkan ilıq süd

Vanil

Qabartma tozu

1 çimdik duz

Əvvəlcə bizə lazım olan ərzaqlarımızı hazırlayırıq. Daha sonra yumurtaları dərin bir qaba qırıb mikserlə çalırıq. Yavaş-yavaş şəkər tozunu əlavə edirik. Tam ağarana qədər çalmağa davam edirik. Daha sonra alınan qarışıma süd və duru yağı əlavə edib biraz qarışdırırıq.
Limon ətri gəlməsi üçün onun qabığını rəndədən keçirib qarışıma əlavə edirik.
Qabartma tozunu və vanili una əlavə edib, ələkdən keçiririk. Ələnmiş unu qarışıma yavaş-yavaş tökərək qarışdırırıq. Un tam qarışana qədər qarışdırmağa davam edirik.
Keks qablarımızı hazırlayırıq. Qabların içərisinə kekslər yapışmasın və qabdan rahat çıxsın deyə keks üçün olan hazır kağız qabları düzürük. Daha sonra qabların içini doldururuq. Əvvəlcədən qızdırılmış sobamızda, 180 dərəcədə 10-15 dəqiqə bişiririk. Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3341

Oxşar yazılar

Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54
İnanılmaz kartof bliniləri - RESEPT

İnanılmaz kartof bliniləri - RESEPT

30 iyun 2025 , 14:29