Zorlamada ittiham olunan rejissoru səhnədə 6 dəqiqə alqışladılar
02 sentyabr 2023 11:33 (UTC +04:00)

Zorlamada ittiham olunan rejissoru səhnədə 6 dəqiqə alqışladılar

Dünya şöhrətli rejissor Lük Besson və onun Venesiya kinofestivalına təqdim etdiyi “Doqmen” filmi düz 6 dəqiqə alqışlanıb.

Lent.az-ın xəbərinə görə, “Doqmen” bu rejissorun seksual təcavüzdə ittiham edildikdən sonra çəkdiyi ilk filmidir. Filmin çəkilişlərindən az əvvəl Bessonun üzərindən qara ittihamlar qaldırılıb.

Besson belə qarşılanmanı göz yaşları içində seyr edib. Bəzi kinotənqidçilər isə “Doqmen”i anlaşılmaz film adlandırıblar.

Qeyd edək ki, 2018-ci ildə hollandiyalı aktrisa Sand Van Roy çəkiliş zamanı Bessonun ona təcavüz etdiyini bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2668

Oxşar yazılar