Xəbər verdiyimiz kimi Xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.
Lent.az-a açıqlama verən Xalq artisti bildirib ki, hazırda müayinə aparılır və ona kəskin pankreatit diaqnozu qoyulub.
“Mədə və qarın sancılar yarandı, Yeni Klinika xəstəxanasına müraciət etdim, sağ olsunlar diqqət göstərirlər. Müalicə üçün terapiya şöbəsinə yatırılmışam, neçə gün desələr, o qədər qalacam. Hələ analizlər, müayinələr davam edir. Ümid edirəm, hər şey yaxşı olar. Mənim üçün narahat olan hər kəsə minnətdaram. Həkimlər vəziyyətimin kafi olduğunu deyirlər. Qarşıdan Yeni il gəlir. Xalqımıza əmin amanlıq və sağlamlıq arzulayıram”,- deyə o bildirib.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Ağasəlim Abdullayev bu gün qarın nahiyəsində kəskin sancı şikayətləri ilə Yeni Klinikaya yerləşdirilib. Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub.