Xalq artisti, tarzən Ağasəlim Abdullayev bu gün xəstəxanadan çıxacaq.
Bu barədə Lent.az-a Ağasəlim Abdullayev özü məlumat verib.
O qeyd edib ki, artıq özünü yaxşı hiss edir, həkimlər vəziyyətinin normallaşdığını bildirirlər. Tarzən insanların onun səhhətini diqqətdə saxlamasından məmnunluq duyduğunu söyləyərək, maraqlanan hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, dekabr ayının 30-da 72 yaşlı Xalq artisti Ağasəlim Abdullayev qarın nahiyəsində kəskin sancı şikayətləri ilə Yeni Klinikaya yerləşdirilib. Ona anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub.