Azərbaycan Dövlət Yuğ Teatrı 31-ci teatr mövsümünə sentyabrın 28-də V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası ilə başlayır.
APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Xristo Stoyçevdir.
Sentyabrın 29-u isə rejissor Gümrah Ömərin quruluşunda H.İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşası nümayiş olunacaq.
Tamaşalar saat 19:00-da başlayır.